Heydər Əliyev Mərkəzi

Heydər Əliyev Mərkəzi

Heydər Əliyev Mərkəzi 8 Mar

Qax rayon Heydər Əliyev Mərkəzi 2008-ci ildən fəaliyyət göstərir. Dövlət bayramları, tarixi günlər, eləcə də rayon ərazisində keçirilən bir çox tədbirlərdə yaxından iştirak edilir. Həmçinin müxtəlif növdə tədbirlərin, müsabiqələrin, konsertlərin təşkilini həyata keçirir. Rayon ərazisində olan tarixi, gəzməli, görməli yerlərə ekskursiyalar təşkil edilir. Rayonda yerləşən müəssisələrlə, məktəb və körpələr evləri ilə qarşılıqlı fəaliyyət qurulmuşdur. Eləcə də şəhər ictimaiyyəti və şəhərin qonaqları ilə səmimi qarşılıqlı ünsiyyətin qurulması təmin edilir.