46-cı Pritsker mükafatçısı

46-cı Pritsker mükafatçısı

46-cı Pritsker mükafatçısı 12 Mar

Pritsker mükafatının builki sahibi yaponiyalı memar Arata İsozaki oldu. Bu təqdim olunan 46-cı Pritsker mükafatı idi. İsozaki isə Yaponiyadan bu mükafatı qazanan 8-ci memar oldu. Mükafatın təqdimetmə mərasimi bu ilin may ayında Paris Versal sarayında keçiriləcək. İsozaki 60 ildi ki memarlıqla məşğuldu və Asiya, Avropa, Şimali Amerika, Orta Şərqdə və Avstraliyada 100-dən çox binanın müəllifidi. 

Arata İsozaki 1931-ci ildə Yaponiyada anadan olmuşdu. Hiroşimo və Naqasaki hadisələri zamanı onun 14 yaşı vardı. 

"Dünyanı dərk edə biləcək yaşa çatdıqda vətənim bombalandı. Hiroşimoya atom bombası atıldı, doğulduğum yer tamamilə xarabaya çevrildi. Binalar yox oldu, şəhər yox oldu. Sadəcə kazarma və sığınacaqlar var idi. Beləliklə ilk memarlıq təcrübəm, memarlığın boşluğu idi. İnsanların evlərini və şəhərlərini necə yenidən inşa edə biləcəyini düşünməyə başladım".

O, 1954-cü ildə Tokio Mühəndislik Universitetinin memarlıq fakültəsindən məzun oldu və karyerasına Kenzo Tangenin yanında başladı. 1963-cü ildə Arata İsozaki & ASSOCIATES-i qurdu. Karyerasının başlanğıcında önəmli layihələri arasında OİTA PREFECTURAL LİBRARY (1962-1966 Oito, Yaponiya).