Kubvari bloklar

Kubvari bloklar

Kubvari bloklar 12 Mar

Layihə: C&P şirkətinin binası

Emalatxana: İnnocad

Məkan: Avstriya, Qrats

 

İnnocad memarları tərəfindən layihələndirilən, Qrats şəhərində yerləşən C&P rieltor şirkətinin binası. Avtomatik jalüzlərdən ibarət binanın fasadı betondan hazırlanmış kvadratik bloklarla inşa edilmişdi.

C&P şirkətinə məxsus yeddimərtəbəli bu bina Qrats şəhərinin mərkəzi girişində ən qəlibəlik yerində yerləşir. Bu cür diqqəti cəlb edən bir yerləşmə və memarlıq, yeni fəaliyyətə başlamış bir şirkəti yaxşı gündəmə gətirə bildi. Cubend konsepsiyalı (cube+bend, tamlıq və dinamika) olması onu ətrafda yerləşən digər sənaye binalarından tamamilə fərqləndirir.