Memarlıq dünyasının Nobeli sayılan Pritzker

Memarlıq dünyasının Nobeli sayılan Pritzker

Memarlıq dünyasının Nobeli sayılan Pritzker 12 Mar

Pritzker Memarlıq mükafatı 1979-cu ildən bu günə qədər hər il verilən  bir mükafatdı. Bu mükafat Jay A. Pritzker və həyat yoldaşı Cindy Pritzker tərəfindən 1979-cu ildə yaradılıb. Mükafatın milliyyət, irq və s. ideoloji ayrıseçkiliklər tanımamağı da çox təqdirəlayiqdi. Bu mükafat 100 min dollar və üzərində latınca Firmitas, Utilitas, Venustas (tərcüməsi: sağlamlıq, işə yararlıq, zəriflik) yazılmış bir medaldan ibarətdi. Medal üzərindəki bu yazılar 1987-ci ildən bu günə qədər eynidi.

Pritzker mükafatının ilk sahibi Philip Johnson olmuşdu. İlk qadın sahibi isə hamımızın tanıdığı, diqqəti cəlb edən Heydər Əliyev Mərkəzinin memarı Zaha Hadiddi. O bu mükafata 2004-cü ildə layiq görülmüşdü.